Terra Travel 2020-ci il üçün “Erkən rezervasiya” fürsətlərini təqdim edir


/home/getfile/22304

Səyahət etməyi sevənlər yay tətillərini qışda planlaşdırır


Erkən rezervasiya - yayda gedəcəyiniz tətilin pulunu qışda verməkdir. Bu məzuniyyətini əvvəlcədən planlaşdıraraq büdcələrinə qənaət etmək istəyənlər üçün əla fürsətdir. Öz məzuniyyətini əvvəlcədən planlaşdıran turistlər erkən rezervasiya zamanı turun dəyərinin 50% -ni qənaət edə bilərlər. İşin sirri isə odur ki, otellər öz otaqlarını əvvəlcədən topdan şəkildə tur operatorlara mövsüm qiymətindən çox daha ucuz qiymətə satır. Çünki onlar üçün böyük kütləyə çıxmaq daha çətindir və rəqabət böyükdür. Tur operatorlar isə otellərdən aldıqları otaqları uyğun qiymətlərlə müştərilərinə təklif edir və satmaq üçün yarışırlar. Sizə də bu fürsətlərdən faydalanmaq qalır.

/home/getfile/22304

Erkən rezervasiya — sadəcə qənaət deyil...


Erkən rezervasiya — yalnız real qənaət deyil, bu həm də istirahət mövsümündə boş yerləri olmayan məşhur otellərdə otaqlar tapmaq imkanıdır.
Erkən rezervasiya müddətində əvvəlcədən planlaşdırılan səyahətin tarixini, yerini, tur-paketini və oteli təyin edib ödənişlərin tam və ya müəyyən bir hissəsini ödəməklə sifariş etmək mümkündür. Sifarişlərin mümkün qədər tez verilməsi xərclərin daha az olmasını təmin edərək, vaxta və cibə qənaət etmək imkanı yaradır.


/home/getfile/22304

Erkən rezervasiya ilə 50%-ə qədər olan endirimlərdən faydalanın


50%-ə qədər olan endirimlərdən faydalanın. Bəzən 6 ay əvvəldən səyahəti planlamaq, dəqiq vaxtı müəyyənləşdirmək insanlara çox çətin görünür. Forsmajor hallar, məzuniyyətlə rezerv olunan səyahət tarixlərinin üst - üstə düşməməsi və s. kimi bəhanələr həmişə ola bilər. Məsələn, məzuniyyət vaxtını dəqiqləşdirmək üçün işlədiyiniz müəssisənin rəhbərliyinə yazılı müraciət edib erkən sifariş etdiyiniz tətil günləri üçün məzuniyyət götürəcəyinizi və həmin günlərin məzuniyyət qrafikində qeyd edilməsini xahiş edə bilərsiniz. Forsmajor hallar isə səyahətə çıxmazdan bir həftə, bir gün, hətta bir saat əvvəldə ola bilər. Odur ki, bu tipli bəhanələr Sizi yay tətilindən, istirahətdən uzaqlaşdırmasın.

/home/getfile/22304

Erkən Rezervasiyanın üstünlükləri


Yerləşməyə daha az büdcə ayıra bilərsiniz.
Şübhəsiz, tətil zamanı ən çox diqqət etməli və düzgün seçim etməli olduğumuz məqam oteldir. Yaxşı bir oteldə qalmaq, keyfiyyətli yuxu və mərkəzə yaxın olma kimi kriteriyalar insanın səyahətinə təsir edir. Yuxarıda da qeyd etdiyimiz kimi, otellərin topdan satış etməsi və rəqabət şərtləri erkən rezervasiya zamanı qiymətləri çox aşağı salır. Siz də büdcənizə qənaət edəcəyinizdən qalacağınız oteli istəyinizə uyğun və rezervasiyanızı aylar öncədən seçə bilirsiniz.

/home/getfile/22304


Ucuz təyyarə bileti tapmaq daha asandır


Aylar əvvəldən dəqiqləşdirilmiş səyahət planınıza uyğun təyyarə bileti tapmaq da asan olacaqdır. Hava yolu şirkətləri uçuş biletlərini oturacaqları blok-blok ayıraraq satışa çıxarırlar. hər blokun ayrı qiyməti olur və bir blok dolduqda digəri satışa çıxarılır. Buna görə də, uçuş tarixinə az qalmış bilet qiymətləri yüksəlir. Uçuş tarixiniz dəqiqləşdikdən sonra axtarış edərək, fərqli alternativlərə göz gəzdirə və ən ucuz təyyarə biletini ala bilərsiniz. Beləliklə səyahətinizin ən vacib büdcə maddələrindən biri də problemsiz həll ola bilər.

/home/getfile/39009

Rahat seçim imkanı


Tətilinizi əvvəlcədən planlamadıqda həmin tarixə az qalıbsa, istədiyiniz oteldə, istədiyiniz otağı tapmaq çətin olacaqdır. Erkən rezervasiya sistemində hər şeyin yaxşısını seçmək və sonradan sürpriz yaşamamaq rezervasiya edənin faydalana biləcəyi imkanlardan biridir. Hər hansı bir kinoteatra getdiyinizdə salonda bütün oturacaqların boş olduğunu və bütün seçimlərin sizin üçün olduğunu düşünün.

/home/getfile/22304


Tədbirlər daha ucuz


Səyahət zamanınız dəqiqləşdiyindən həmin tarixlərdə müəyyən olunmuş konsert, tədbir, ekskursiyalar və digər fəaliyyətlər üçün rezervasiya etdirmək, tematik park, muzey və nəqliyyat kimi digər detalları da aylar əvvəldən satın alaraq həm rahat planlama etmək, həm də əlavə endirim qazanmaq mümkündür.

/home/getfile/22304

Ləğv etmə və dəyişiklik imkanı


Planlarınızda hər hansı bir dəyişiklik olması halında ödədiyiniz məbləğin tam və ya müəyyən qismini geri qaytarmağınız üçün də erkən rezervasiya şərtləri çox uyğun ola bilir. Bəzi hallarda bu dəyişiklik və ləğv etmə imkanları tətilinizin başlamasına 72 saat qalmışa qədər belə verilə bilər.

/home/getfile/22304

Etibarlı turizm şirkəti seçin


Ən vacib məsələlərdən biri də müraciət etdiyiniz turizm şirkətinin etibarlı olub olmamasıdır.
Ölkəmizdə fəaliyyət göstərən 3 minə qədər turizm agentlikləri arasında nüfuzlu şirkətlərlə yanaşı, bir günlük şirkətlər, vicdanlı və vicdansız tur operatorları və insanları aldatmaq üçün bütün fəndlərə əl atan “yalançı şirkətlər” də var. Təəssüflər olsun ki, saxtakarlıq nəticəsində turizm şirkətinin bağlanması ilə yanaşı turistlərin pulunun yoxa çıxması hallarına da çox rast gəlinir.

/home/getfile/22304

10 illik təcrübəyə sahib Terra Travel


Klassik fırıldaqçılıq sxemi əslində hamıya məlumdur, məsələn mövcud olmayan putyovkaların satılması. Turistlərin diqqətini aşağı qiymətli tur paket təklifi, 4 ulduzlu oteli 3 ulduzlu otelin qiymətinə təklif etmək və s.Əslində müştəri üçün hər şey olduqca qanuni görünür. Müştəriyə əlbə-əl möhürlənmiş müqavilə təqdim edilir. Sonra turların tarixləri bir neçə dəfə təxirə salınır və nəticədə yola düşmədən bir gün və ya bir saat əvvəl bəlli olur ki, səfər baş tutmur, tətil üçün verilən bütün sənədlər saxtadır. Səyahət üçün müraciət etdiyiniz agentliyin ofisləri bağlanıb və rəhbərlik yoxdur.
Bütün bu kimi neqativ hallarla rastlaşmamaq üçün ilk növbədə müraciət edilən şirkətin etibarlı olub, olmadığını araşdırmalı, xüsusilə neçə ildir fəaliyyət göstərməsinə diqqət edilməlidir. Əgər şirkət uzunömürlüdürsə bu onun etibarlı şirkət olmasından xəbər verir.


/home/getfile/22304

Mənfəətimiz - “Təkrar gəlişinizdir”


10-ilə yaxın təcrübəmizə əsaslanaraq deyə bilərik ki, biz Sizin istəklərinizə, tələblərinizə və büdcənizə uyğun ən münasib təklifləri təqdim edəcəyik.

Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram