Hara uçmaq olar, COVİD-19 üçün arayış tələb olunurmu, turistlər nəyi bilməlidir?

Ölkəmizdə turizmin məxməri dövrü açıldı. Artıq rayonlara gediş gəliş bərpa olunub. Yay boyu səyahət edə bilməyən, dəniz və hovuz keyfini yaşamayan əhali bu mövsümdən maksimum yararlanmaq istəyir. Pandemiya bizim istirahət və səyahət vərdişlərimizi nə qədər dəyişsə də istirahətə nə qədər büdcə ayıracağımızı, neçə gün qalacağımızı, aktiv yaxud passiv turizmi seçəcəyimizi çox yaxşı bilirik. Amma bilmədiyimiz bəzi məqamlar var ki, bu bizim istirahət istəyimizə problem yarada bilər.



Əlbəttə ki, hazırda yerli turizmlə bağlı heç bir problem yoxdu. Bəs xarici turizm? Hansı ölkələr öz sərhədlərini vətəndaşlarımız üçün açıblar? Xaricə gedərkən COVID testinin nəticəsi ilə bağlı arayışa ehtiyac varmı və bu arayışları hardan əldə etmək olar?
Bu sualların cavabı ilə tanış olmaq üçün materialı diqqətlə oxuyun.


/home/getfile/22304

Aviareyslər bərpa edilir



Ölkəmiz dünyanın bəzi istiqamətlərinə aviareysləri bərpa edib.
Xüsusi qaydalar ilə hal-hazırda həyata keçirilən uçuşlar aşağıdakılardır:


  • Bakı-İstanbul-Bakı, AZAL reysi, hər gün
  • Bakı-İstanbul-Bakı, Türk Hava Yolları reysi, hər gün
  • Bakı-Minsk, Belavia reysi, həftədə 2 dəfə
  • Bakı-London-Bakı, AZAL reysi, həftədə 1 dəfə
  • Bakı-Berlin-Bakı, AZAL reysi, həftədə 1 dəfə
  • Bakı-Dubay-Bakı, FlyDubai reysi, həftədə 2 dəfə
/home/getfile/22304

Sizi 14 günlük karantindən xilas edəcək test


Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportundan "Azərbaycan Hava Yolları"nın xüsusi reysləri ilə yola düşmək üçün sərnişinlərin koronavirus (COVID-19) testindən keçməsi mütləqdir. PCR testi əsasında alınan arayışlar səyahətçiləri bəzi ölkələrdə 14-günlük karantindən azad edə bilər.

/home/getfile/22304

COVID-19 testini harada vermək olar?



Səyahətdən bir gün əvvəl aviaşirkətin tələb etdiyi PCR testi əsaslı arayışları aşağıda adları qeyd olunmuş klinika və laboratoriyalardan əldə etmək olar.
  • Referans Laboratoriyası

    Ünvan: Bakı ş., Mirzəbala Məmmədzadə küç. 8A

  • “Leyla Medical Center” Klinkası

    Ünvan: Bakı ş., Yusif Səfərov küç. 19

  • Memorial Klinikası

    Ünvan: Bakı ş., Qara Qarayev pr. 38А

  • “Bona Dea” Xəstəxanası

    Ünvan: Bakı ş., Mehdi Abbasov küç. 2

  • Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi

    Ünvan: Bakı ş., Məmmədəli Şərifli küç. 159

  • 1 nömrəli Şəhər Poliklinikası

    Ünvan: Bakı ş., Bül-bül pr. 8

  • 10 nömrəli Şəhər Poliklinikası

    Ünvan: Bakı ş., Azadlıq pr. 176

  • 18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası

    Ünvan: Bakı ş., Nəsimi küç. 11

  • Caspian International Hospital

    Ünvan: Bakı ş., Badamdar qəs., 1-ci yaşayış massivi 31

  • Sağlam Ailə” Ultralab Mərkəzi

    Ünvan: Bakı ş., Asif Məhərrəmov küç. 156C

    Gəncə şəhərində: Azərbaycan bayrağı küçəsi

  • İNCİ Laboratoriyası

    Ünvan: Bakı ş., Bül-Bül pr. 40

  • İNCİ Laboratoriyaları Gəncə filialı (Yeni Gəncə Tibb Mərkəzi)

    Ünvan: Gəncə şəhəri, 28 May küç., 23

  • Baku Clinic (Bakı filialı)

    Ünvan: Bakı ş., Akademik Həsən Əliyev küç. 493

  • Baku Clinic (Sumqayıt filialı):

    Ünvan: Sumqayıt ş., N. Nərimanov küç.

  • Bakı Sağlamlıq Mərkəzi

    Ünvan: Bakı ş., Azadlıq pr. 112, Nəsib bəy Yusifbəyli küç.

  • Mərkəzi Neftçilər Xəstəxanası

    Ünvan: Bakı ş., Yusif Səfərov küç. 21

  • Mərkəzi Gömrük Hospitalı

    Ünvan: Bakı ş., K.Kazımzadə küç., 118

  • Oksigen Klinik Хəstəxanası

    Ünvan: Bakı ş., N.Nərimanov rayonu, 1959-cu məhəllə

  • "Mediluks-1" MMC

    Unvan: Nerimanov ray. Kral Huseyn, 66B

  • EGE HOSPITAL MMC

    Unvan: Bakı ş., Akademik Həsən Əliyev küç. 38

  • "Medikus" klinikası

    Ünvan: Bakı ş., A. M. Şərifzadə küç. 55

  • "Diaqnoz" Tibb Mərkəzi

    Ünvan: Bakı ş., Xətai rayonu, Sarayevo küç. 38C

  • Nəsrəddin Tusi adına klinika

    Ünvan: Bakı ş., Həsənbəy Zərdabi küç. 53

  • "Modern Hospital" MMC

    Ünvan: Bakı ş., Babək pr. 85k

  • Respublika Diaqnostika Mərkəzi

    Ünvan: Bakı ş., Tbilisi pr. 147

/home/getfile/22304

Turizm arzuolunan səviyyədə və təhlükəsiz olacaq


Əziz səyahətsevərlər! Karantin qaydalarının yumşalmasını gözləyən sahələrdən biri də turizmdir. Hər birimiz sosial məsuliyyət və həmrəylik nümayiş etdirərək pandemiya şəraitinin tələb etdiyi qayda və standartlara əməl etməklə tezliklə istədiyimiz ölkələrə səyyahət edə biləcəyik.
Məhz bundan sonra turizm arzuolunan səviyyədə və təhlükəsiz olacaq.


Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram