• Əsas səhifə
  • Məqalələr
  • Gözəl qızlar deyiriksə, təbii ki, “made in Ukraine” – əsrarəngiz meşələr, səliqəli şəhərlər, ucuz istirahət və gülərüz insanlar...

Gözəl qızlar deyiriksə, təbii ki, “made in Ukraine” – əsrarəngiz meşələr, səliqəli şəhərlər, ucuz istirahət və gülərüz insanlar...


Vizasız səyahət edilən ölkələr arasında ən populyar yerlərdən biri olan Ukrayna haqqında bilmədiklərimiz.
Şərqi Avropada bir ölkə olan Ukraynanın ərazisi 603,628 km²-dir. Şərqdə və şimal-şərqdə Rusiya, şimal-qərbdə Belarusiya, qərbdə Polşa, Slovakiya və Macarıstan, cənub-qərbdə Rumıniya və Moldova Ukraynanın qonşu ölkələridir. Ukrayna Rusiyadan sonra qitənin ikinci böyük ölkəsidir və paytaxtı Kiyevdir.

Azərbaycandan Ukraynaya təyyarə ilə 2 saat 30 dəqiqədir. Ukrayna pul vahidi Grivnadır və Ukrayna Grivnası adlanır. Dnepr çayı ilə gözəlləşən bu ölkəni ziyarət edə və təbii gözəlliklərdən zövq ala bilərsiniz.

/home/getfile/22304

Böyük ölkə


Rusiyadan sonra Ukrayna qitənin ən böyük ölkəsidir və 603,628 kvadrat kilometr əraziyə malikdir. Şərqdən Rusiyaya, qərbdən Polşaya qədər uzanan Ukrayna, cənubda Qara dənizlə, şimalda Belarusla sərhəddir.

/home/getfile/22304

Spirtli içkinin 6-cı vətəni


Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə Ukraynada adambaşına illik 13.9 litr içki istehlakında altıncı yerdədir. Siyahıda yer alan Belarusiya, Moldova, Litva, Rusiya və Rumıniya isə daha çox içkidən istifadə edirlər.

/home/getfile/22304

Yalnız “votka” deyil, horilka da var


Qeyd etmək lazımdır ki, ukraynalılar yalnız araq içmirlər. Onların sevimli milli içkisinə horilka deyilir. Votka “az su” deməkdirsə, horilka “yanan su” mənasını verir ki, bu da içkinin isti bibərlə dadlandırılmasına işarədir.

/home/getfile/22304

Fastfood sevgisi

Ukrayna yalnız içkiləri ilə məşhur deyil, “fastfood” da burada çox populyardır. Ukraynanın paytaxtı Kiyevdəki əsas qatar stansiyasının yanındakı McDonalds-ın, dünyanın ən işlək üçüncüsü olduğu iddia edilir.

/home/getfile/22304

Avropanın mərkəzi


Ukrayna yerləşdiyi yerə görə Avropanın mərkəzidir. Bunun sübutlarını Ukraynanın qərbindəki kiçik Raxiv qəsəbəsində görə bilərsiniz.

/home/getfile/22304

Rus və İngilis dilli ölkə


Ukraynada danışılan dil Ukrayna dili olsa da, rus və ingilis dilindən də geniş istifadə olunur. 1993-cü ildə Ukrayna hökuməti bu ölkənin yalnız Ukrayna adlandırılmasına qərar vermişdir.

/home/getfile/22304

Dünyanın ən dərin metro stansiyası


Kiyevdəki Sviatoshynsko-Brovarska xəttindəki metro stansiyası olan Arsenalna, dünyanın ən dərin yerdən 105,5 metr aşağıda yerləşən metro stansiyasıdır. Ukraynaya gedərkən Kiyevdəki bu metro stansiyasını görməyi tövsiyə edirik.

/home/getfile/22304

Geniş küçələr


Kiyevin əsas küçəsi olan Khreshchatyk küçəsi, dünyanın ən qısa, lakin ən geniş ana küçəsihesab olunur. Yalnız 1.2 km uzunluğunda, olduqca geniş olan II Dünya Müharibəsi zamanı da dağıdılmış küçə paytaxtın mərkəz nöqtəsidir.

/home/getfile/22304

Kiyev kotleti


Xeyr, “Kiyev kotleti” Kiyevdən gəlmir. Bu yeməyin Fransız mətbəxindən təsirlənən Rusiya aristokratiyasının şərqə gətirdiyi 19-cu əsr Fransız resepti olduğu düşünülür.

/home/getfile/22304

Çörək simvoldur


Çörək Ukrayna tarixində böyük rol oynayır. Ölkə vaxtilə geniş kənd təsərrüfatı sənayesinə görə Avropanın çörəyini istehsal edən yer kimi tanınırdı. Taxıl hədəflərinin toplanması və açılması Holodomor kimi tanınan və 1932 və 1933-cü illərdə 7,5 milyon Ukraynalının ölümünə səbəb olan Böyük Qıtlığın əsas səbəbləri idi.
Çörək Ukraynalılar üçün müqəddəs olsa da, bizim qədər çox yemillər.

/home/getfile/22304

Tarixə şahidlik


Ukrayna tarix boyunca bir çox müharibələrə şahid olub. Bununla yanaşı, 1945-ci ildə Churchill, Stalin və Roosevelt'in müharibədən sonrakı Avropanın təşkilini müzakirə etmək üçün görüşdükləri Yalta Konfransına ev sahibliyi edib. Yığıncağa ev sahibliyi edən Livadia Sarayı bu gün muzey olaraq istifadə olunur.

/home/getfile/22304

Boş şəhər


Çernobıl Ukrayna tarixində iz qoymuş bir başqa hadisədir.
1986-cı dünyanın ən dəhşətli nüvə stansiyası fəlakətinin baş verdiyi Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasi Ukraynanın şimal hissəsindəki yerləşir. Həmin ərazidə, xüsusən də dünyanın hər yerindən ən çox diqqəti cəlb edən Pripyat şəhəri kimi tərk edilmiş bir çox qəsəbə də var.


/home/getfile/22304

Tematik kafelərin vətəni


Ukraynanın Lvov şəhərinin dünyada adambaşına düşən ən çox kafeyə sahib olduğu iddia edilir. Ukraynanın şokoladın istehsal olunduğu kafelərindən tutmuş, maraqlı və qeyri adi təqdimatları ilə məşhur olan kafelərinə qədər burada tapa bilərsiniz.

/home/getfile/22304

Kerosin lampasının vətəni


Lvov, ilk qaz lampasının istehsal edildiyi şəhər olaraq bilinir. Lvova səfər zamanı həmin binanı görməyi və kafelərdə yemək yeməyi unutmayın.

/home/getfile/22304

Ən böyük təyyarə


Təyyarənin uzunluğu 84 metr, hündürlüyü 18,1 metr, qanadlarının ucları arasındakı məsafə 88,4 metrdir. Təyyarə 450 tonadək yük qaldıra bilir.
Dünyanın ən böyük təyyarəsi Antonov An-225 Mriya 1984-1988-ci illərdə Ukrayna SSR-də Antonov konstruktor bürosu tərəfindən Kiyev Mexaniki Zavodunda istehsal edilmişdir. Təyyarənin ilk uçuşu 1988-ci il dekabrın 21-də baş tutmuşdur. Əsas məqsəd böyük raketlərin, kosmik gəmilərin daşınması olmuşdur.

/home/getfile/22304

Ukrayna ordusu


Sovet İttifaqının dağılmasından sonra böyük bir nüvə arsenalını miras alan Ukrayna, Avropanın ikinci böyük ordusuna sahibdir.

/home/getfile/22304

Ukraynada xizək kurortları


Bukovel də daxil olmaqla Ukraynanın Karpat Dağlarında 55 km yamac və 15 lift daxil olmaqla dörd və ya beş xizək kurortu var.

/home/getfile/22304

Qəhrəman Paytaxt


1941-ci ildə Kiyev döyüşündə nasistlərə qarşı müqavimət göstərdikdən sonra paytaxt Kiyevə Sovet İttifaqı tərəfindən Qəhrəman şəhər statusu verildi. Almanlar şəhəri 1941-ci ilin iyulunda mühasirəyə aldılar, nəticədə sentyabr ayında tutdular və 600.000-dən çox əsgəri əsir aldılar. Müharibə Hitler üçün böyük bir qələbə kimi qiymətləndirilsə də, 1965-ci ildə Kiyevə Qəhrəman şəhər adı verildi.

/home/getfile/22304

Sərin dəniz sahilləri


Ukraynanın yeganə sahil zolağının yerləşdiyi Qara dəniz, tətil edənlər tərəfindən məşhurdur. Çimərliyə gedib isti yay günlərində sərinləyə bilərsiniz. Ukraynada üzməküçün isə yay mövsümünü gözləməli olacaqsınız.


Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram