3 Avropa paytaxtını gəzəcəyiniz tur ... Macarıstan,Vyana,Praga.

1 nəfər Avro590
  • Audio bələdçi
  • Tur bələdçisi
  • Ekskursiya
  • Transfer
  • Səhər Yeməyi
  • Oteldə qalma

Təsvir

3 Avropa paytaxtını gəzəcəyiniz tur... Budapeşt,Vyana,Praqa 7 gecə 8 gün...

1-ci gün (bazar ertəsi)
  • Budapeştə uçuş.
  • Otelə transfer.
  • Budapeştdə seçilmiş oteldə yerləşdirilmə.
Budapeşt – Macarıstanın paytaxtı və zəngin tarixi, memarlığı və mədəni irsi ilə Avropanın ən gözəl şəhərlərindən biridir. Adətən “Şərqin Parisi” və ya “Dunayın incisi” adlandırılan bu şəhər ölkənin ən böyük şəhəridir. Budapeşt çoxlu görməli yerlər və memarlıq abidələri, muzey və teatrlar deməkdir, və eləcə də möhtəşəm mətbəxi, əla ticarət mərkəzi və əyləncə mərkəzləri ilə
məşhur olan termal kurortdur.
2-ci gün (çərşənbə axşamı)
  • Oteldə səhər yeməyi.
  • Bələdçi ilə görüş
  • Budapeştdə qrup halında piyada ekskursiya (2.5 saatı əhatə edir)
Əgər siz Budapeştə birinci dəfə gəlirsinizsə, şəhəri tanımaq üçün ən yaxşısı gəzməyə Buda qalasından (digər adı ilə Qala təpəsindən) başlamaqdır. Qora Gellerta, Kral sarayı, Balıqçı qalası, Müqəddəs Mattias Kilsəsi öz möhtəşəm gözəllikləri ilə neçə əsrlik Macarıstan tarixinin canlı şahidi və qoruyucusu kimi sizi qarşılayacaq. Budapeştin Peşt bölgəsindən gözəl bir mənzərə
görünür : məşhur Müqəddəs Stefan Bazilikasının gümbəzləri, gözəl Erzhebet, Zəncir, Azadlıq (Buda və Peşti birləşdirir) körpüləri, və ölkənin simvolu olan Parlament. Siz mütləq ki, bunların hamısını yaxından görmək və tanımaq istəyəcəksiniz. Bizim bələdçilərimiz isə sizin bu arzunuzu gerçəkləşdirməyə kömək edəcəklər!
3-cü gün (çərşənbə)
  • Oteldə səhər yeməyi.
  • Saat 11-ə qədər oteldən çıxış.
  • Dəmir yolu vağzalına transfer.
  • Qatarda Vyanada getmək.
  • Otelə transfer.
  • Vyanada seçilmiş otelə yerləşdirilmə.
Vyana Avstriyanın paytaxtı və ən böyük şəhəridir. Həmçinin Avropanın ən məşhur şəhərlərindən biridir. Avstriyanın paytaxtı öz dadlı təamları və restoranları ilə qastronomik estetləri, mağazaları ilə dəbi sevənləri, teatrları, operaları, sərgiləri və muzeyləri ilə isə bohemləri cəlb edir. Vyana musiqi və incəsənət şəhəri hesab olunur. Burada şəhəri Avropanın xəzinəsinə çevirən Mozart, Bethoven, Şubert və Ştraus kimi dahi bəstəkarlar və həmçinin bir çox rəssamlar yaşayıb yaratmışlar.
4-cü gün (cümə axşamı)
  • Oteldə səhər yeməyi.
  • Saat 11-ə qədər oteldən çıxış.
  • Dəmir yolu vağzalına transfer.
  • Qatarla Praqaya gediş.
  • Otelə transfer.
  • Praqada seçilmiş otelə yerləşdirilmə
Praqa haqqında məhz "Nağıllar şəhəri ", "Arzular şəhəri”, və ya “Avropanın qəlbinin incisi" deyilir! Əgər Siz əsl sehirli səyahətə çıxmaq istəyirsinizsə Praqa əla seçimdir. “Minlərlə qüllə” şəhəri sehirlə doludur.
Orta əsr qalaları və sarayları, dar küçələri, müxtəlif dövrlərin möhtəşəm memarlığı ilə Qədim Şəhər sizi çox təəccübləndirəcək.
İnsan Praqada səhərdən axşama kimi gəzmək istəyir və əlbəttə ki, Praqa çox fotogenik şəhər olduğuna görə burada hər yeri çəkmək istəyi yaranır.
5- ci gün (cümə)
  • Oteldə səhər yeməyi.
  • Bələdçi ilə görüş.
  • Köhnə şəhərdə qrup şəklində piyada ekskursiya (3 saatı əhatə edir).
Ekskursiya zamanı siz Praqanın əsl mərkəzinin hara olduğunu biləcəksiniz və əlbəttə Karl Körpüsündə arzu tutacaqsınız.
Köhnə şəhərin dolaşıq yolları birləşərək Praqanın ən gözəl meydanı olan Köhnə Şəhər meydanını əmələ gətirir. Bütün dünyada tanınan astronomik saatı olan bələdiyyə binası, inanılmaz Tin məbədinin qürurlu silueti, abidəvi müqəddəs Mikulas kilsəsi və müxtəlif tərzlərdə saysız-hesabsız rəngarəng evlər bura onun cazibəsinə məğlub olmaq istəyən hər kəsi heyran edən unudulmaz ahəng qatır. Bu bələdçimizin rəhbərlik etdiyi unudulmaz ekskursiya zamanı görəcəyiniz yerlərin bir hissəsidir.
6-cı gün (şənbə)
  • Oteldə səhər yeməyi
  • Saat 11-ə qədər oteldən çıxış.
  • Dəmir yolu vağzalına transfer.
  • Qatarla Budapeştə gediş.
  • Otelə transfer.
  • Budapeştdə seçilmiş oteldə yerləşdirilmə.
  • Axşam asudə vaxt.

7- ci gün (bazar)

  • Oteldə səhər yeməyi.
  • Saat 11-ə qədər oteldən çıxış. (baqajı otelin qəbul bölməsində qoymaq olar).
  • Axşam aeroporta transfer.
  • Evə uçuş.

Turun qiymətinə daxildir:

  • 4 gün / 3 gecə Budapeştdə, 2 gün / 1 gecə Vyanada, 3 gün / 2 gecə Praqada seçilmiş otellərdə iki nəfərlik nömrədə səhər yeməyi daxil qalmaq.
  • Hər yerə qrup transferi
  • Dəmir yolu gedişləri : Budapeşt - Vyana, Vyana - Praqa, Praqa - Budapeşt (minimal, geri qaytarılmayan tarif).
  • 2 Qrup ekskursiyası! Budapeştdə piyada ekskursiya (2.5 saat), Köhnə şəhərdə piyada ekskursiya (3 saat).
Qeyd: Oteldə adam başına gecə üçün təxminən 2 avro məbləğində əlavə olaraq şəhər vergisi ödənilməlidir.
Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub.
(Befree Vera)



Cədvəl






Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading
Erkən Rezervasiya
Terra Travel Telegram