Imereti Health Resort Tsxaltubo Gürcüstan

1 nəfər USD279
  • Müalicə
  • Oteldə qalma
  • 3 dəfə qidalanma

Təsvir

Gürcüstan Tsxaltubo | Imereti Health Resort Sanatoriya | 8 gün / 7 gecə |

Gürcüstan Cənubi Qafqazda yerləşən və Azərbaycanla həmsərhəd olan qonşu dövlətlərdən biridir. Paytaxtı Tbilisi şəhəridir. 2 muxtar respublikadan və 9 regiondan ibarətdir. Zəngin və qədim tarixə malik ölkənin ərazisi 60.106 km2, əhalisi isə təqribən 4.5 milyon nəfərdir. Gürcüstan dünyada xristianlığı qəbul edən 2-ci dövlət kimi tanınır. İqlimi isə bölgələrə əsasən dəyişkəndir. Əsasən payız və qış aylarında yağışlar qərbdən şərqə getdikcə azalır.

Ölkənin şərq hissəsində yerləşən, paytaxt Tbilisi şəhəri Qafqazın mühüm sənaye və elm mərkəzi hesab olunur. Tbilisi adının gürcü dilindən hərfi mənası “isti su” anlamına gəlir. Tarixi mənbələrə görə şəhər eramızın V əsrində sərkərdə Vaxtanq Qorqassali tərəfindən yaradılıb. Şəhər 8 rayona bölünür.
Sxaltubo şəhəri Tiflisdən 245 km məsafədədir və 140km Batumi şəhərindən

Gürcü mətbəxi kulinariyada özünəməxsus yer tutur. Qomi, lobio, xarço, çaxoxbili kimi yeməklər isə mətbəxin ən ləziz nümunələridir. Müasir gürcü mətbəxində ət yeməklərinə də yer verilir. Qoyun ətindən çanaxi, mal ətindən xarço, toyuq ətindən hazırlanan çaxoxbili kimi dadlı ət yeməkləri əcnəbi və yerli əhali tərəfindən çox sevilir. Balıqdan hazırlanan yeməklər isə əsasən Gürcüstanın rayonlarında hazırlanır. Ləziz yeməklər siyahısına tərəvəz yeməkləri də daxildir. Onların əksəriyyəti paxla, badımcan, gül kələmi, şəkər çuğunduru və pomidordan hazırlanır və az kaloriyə malik olur. Gürcü yeməklərinin daha da ətirli olması və dada gəlməsi üçün sarımsaq, sirkə, qırmızı istiot, nar, zirinc və s. kimi əlavələr qatılır.



Gürcüstan Dil: Gürcü dili | Pul vahidi: Lari | Saat Fərqi: 0

MÜALİCƏNİN PROFİLLƏRİ
Ginekoloji xəstəliklər
Dəri xəstəlikləri
Əsəb sistemi xəstəlikləri
Dayaq-hərəkətedici aparatın xəstəlikləri, sümük-əzələ sisteminin xəstəlikləri
Ürək-damar sisteminin və qan dövranı sisteminin xəstəlikləri
Endokrin sisteminin xəstəlikləri, qidalanmanın və maddələr mübadiləsinin pozulmasının nasazlıqları
DİAQNOSTİK BAZASI
Laboratoriya diaqnostikasının bölməsi
MÜALİCƏ BAZASI
Balneoloji bölmə Balneoloji mərkəz sanatoryanın binasından 200 m-də yerləşdirilmişdir.
Masaj bölməsi, masaj kabinetləri
Fizioterapiya aparatı bölməsi

Qiymətə daxildir:

  • Oteldə qalma;
  • Qidalanma (3dəfə);
  • Hovuz;
  • Trenajor zalı;
  • Həkimin konsultasiyası; prosedurlar
  • Sanatoriya paketi - 3 prosedur gün ərzində :1 konsultasiya və həkimin müayinəsi, gündə 1 (rodon/aroma) vannası, 1 fizio -prosedur, masaj.
  • Mənbəyə transfer.

Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.


Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading
Erkən Rezervasiya
Terra Travel Telegram