Gözəl və mehriban insanlar şəhəri – Kiyev!!! Unudulmaz tətil....

1 nəfər AZN320
  • Aviabilet
  • Oteldə qalma

Təsvir

Gözəl və mehriban insanlar şəhəri – Kiyev!!! Unudulmaz tətil....6 gecə 7 gün
Kiyev Dnepr çayı vasitəsilə 2 hissəyə bölünüb. Şəhər mərkəzində qarşınıza çıxacaq ilk məkanlardan biri “Azadlıq meydanı”dır, yerli dillə desək “Majdán Nezaléžnosti”.Meydanın ortasında 61 metrlik sütun və sütunun üzərində isə qadın fiquru var. Meydan Xreşatik (Хрещатик) küçəsinin üzərindədir. Xreşatik – Kiyevin əsas mərkəzi küçəsidir. Kiyevdə xeyli sayda və çox gözəl arxitekturalı kilsə və kafedrallar var. Onlardan ilki Müqəddəs Mixael katedralıdır. Ağ və mavi rənglərə boyanmış binanın damları qızılı rəngə boyanıb və katedrala əsrarəngiz bir gözəllik verir. Digər maraqlı görünüşü olan katedral isə ağ rəngə boyanmış və damı yaşıl və qızılı rənglərin harmoniyasıyla əhatələnən Müqəddəs Sofia katedralıdır. Bu 2 katedraldan kiçik olsa da Müqəddəs Vladimir katedralı da Kiyevin görülməli yerləri siyahısındadır. Yolunuz Kiyevə düşübsə və bu üslubda binaları sevirsinizsə gedin bir baş çəkin. Digər maraqlı üslublu arxitekturası olan kilsə isə Andreevskaya Kilsəsidir. Kilsə təpənin üzərinə yerləşir və buradan demək olar bütün Kiyev ayağınız altında olur. Kilsənin yanında üzüaşağı yol düşür. Bu yoxuşu Andreev yoxuşu adlandırırlar. Şəhərin ən turistik küçələrindən biridir. Küçə boyu səyyar satıclıar müxtəlif əl işi suvenirlər, sovet dönəmindən qalmış maraqlı əşyalar satırlar. Yol üstündə bir neçə küçə musiqiçisi küçədən gəlib-keçənləri öz musiqiləri ilə əyləndirirlər. Məşhur “Master və Marqarita” əsərinin yazıçısı Mikhail Bulgakovun yaşadığı ev də məhz bu küçə üzərindədir. Ocean Plaza adlı ticarət mərkəzində böyük, içi rəngli rəngli balıqlarla dolu olan akvarium var və məkan şəhər mərkəzinə çox da uzaq deyil.Yolunuz Kiyevə düşsə buralara baş çəkməklə Kiyevi daha yaxından tanıya bilərsiniz.

Ukrayna Картинки по запросу ukrayna Dil: Ukrayna | Pul vahidi: Qriven (UAH) | Saat Fərqi: -2

Qiymətə daxildir:

  • Oteldə qalma 3*
  • Qidalanma :səhər yeməyi
Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading
Erkən Rezervasiya
Terra Travel Telegram