Karlovı Varı | Anglicky Dvur 3* | 15 gün / 14 gecə | Mwalicəvi Paket
Karlovı Varı - Çex Respublikasının müalicəvi suları ilə dünyada məşhur olan şəhəri. Şəhərdə çox sayda bulaq mövcuddur. Bunlardan ən istisi Termal bulağıdır. Şəhərin ən böyük və ən məşhur tikilisi "Milli Kolonada"dır. Bulaqların əksəriyyəti bu kolonadada yerləşir. Karlovı Varını dünyada tanıdan ikinci səbəb isə böyük əhəmiyyətli sosial və mədəni tədbir olan, hər ilin iyul ayında keçirilən Beynəlxalq Kinofestifalıdır. Şübhəsiz ki, Karlovı Varı gəzinti, istirahət və müalicə üçün dünyanın ən möhtəşəm və əvəzedilməz məkanlarından biridir.
Anglicky Dvur 3*- Karlovı Varıda yerləşən və 2015-ci ildə inşa edilmiş olan Anglicky Dvur, sizə qonaqlama və müalicə üçün bütün imkanları təqdim edir. Otel əskiksiz balneoterapi tətbiqləriylə xidmət verən bir Spa mərkəzi təklif edir. Bina daxilində Wi-Fi giriş pulsuzdur. Hotel Anglicky Dvurun restoranında nahar bufeti xidmət edilir. Nahar və axşam yeməklərində Çex və dünya mətbəxlərindən yeməklər hazırlanır. Qonaqlar lobbi barın rahat atmosferində içki və qəlyanaltılar dadını çıxara bilər. Bütün otaqlarda pulsuz duş vəsaitləri daxil olmaqla xüsusi vanna, qonaq dairəsi və soyuducu var. Bəzi otaqlar balkonludur.
Həftədə 18 müalicə proseduru.Prosedurların keçirilən vaxtı vaxtı: 07:00 — 15:00.
Qiymətə daxildir:
- Sanatoriyada qalma;
- Qidalanma ( 3 dəfə );
- Müayinə və müalicə;
Qiymətə daxil deyil:
- Avia bilet;
- Viza;
- Transfer.
Qeyd: Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulmuşdur və tarixlər üzrə dəyişilə bilər.